← Geri

Sosial Mediadan Uzaqda

13 Oktyabr 2025 • Jacob

Mən uzun müddətdi ki, sosial media ilə savaşdayam...daha doğrusu özümlə. Diqqətimizi cəlb etmək üçün insan psixologiyası sahəsində professional olan yüzlərlə bəlkə də minlərlə insan tərəfindən dizayn olunmuş bu alqoritmlərdən qurtulmaq elə də asan deyil. Ancaq çox çalışanda uzaqlaşmaq olurmuş. Mən də buna çalışıram və təcrübələrimi burda paylaşmağa çalışacam.

Son günlərdə internetdə özüm üçün kiçik məkan axtarışına çıxmışdım. Blogger, WordPress, GitHub Pages, BearBlog kimi onlarca saytı sınasam da heç biri istədiyim sadəliyi və minimalizmi verə bilmirdi. Hərəsində fərqli cür lazımsız detallar, reklamlar ya da dəyişdirə bilməyəcəyim yorucu rənglər var idi.

Uzun axtarışlardan və saatlarla əlləşib nəticəsiz qaldıqdan sonra az qala əl çəkirdim ki... Dedim bəlkə kodla yazım 0 dan... tam olaraq 0 dan deyil təbii ki, süni intellekt dövründəyik :D Sonda bəsit html kodlaşdırma ilə Neocities saytı vasitəsi ilə öz saytımı deploy (yerləşdirmək) edə bildim.

 
✦ Bu müddət ərzində bir neçə şey öyrəndim: 0 dan sayt yaratmaq heç də asan deyil. Ümumiyyətlə hər şeyi özün araşdırıb öyrənirsənsə. Başqalarının hazırladığı sayt şablonları da çoxlu problemlərə səbəb olur çünki arxa planda nə baş verdiyini bilmirsən.

Bəs necə edək?

Hər şeyi 0 dan etmək məcburiyyətində deyilik təbii ki. Yeni başlayanlar və kod bilgisi olmayanlar yuxarıda sadaladığım platformlardan istifadə edə bilərlər ancaq onlar limitlidi.

⊹ ࣪ ﹏𓊝﹏𓂁﹏⊹ ࣪ ˖

Oxuduğun üçün təşəkkürlər. Növbəti postlarda görüşənədək

dənizçi ⚔